5. Arı sancması zamanı ilk yardımın göstərilməsi
Arı zəhəri (apitoksin) - insan orqanizminin bütün sistemi - ürək-damar, sinir, həzm, endokrin sisteminə güclü təsir göstərən maddədir. Zəhərin təsiri sancmanın yeri və sayı, orqanizmin fərdi həssaslıq xüsusiyyətləri, insanın yaşı və sağlamlıq vəziyyətindən asılıdır.
Ağırlıq dərəcəsinə görə apitoksinə qarşı yerli və ümumi reaksiya ola bilər: yüngül, orta və ağır. Bundan başqa, insanlarda zəhərli və allergik reaksiya ola bilər.
Sağlam insanların əksəriyyəti eyni vaxtda 5-10 sancmanı asanlıqla keçirdirlər (Şəkil 5.1). Belə hallarda qızdırma, ağrılar, qızartılar, şişlər, hərarətin artması, sancma yerində gicişmə ilə müşahidə olunan yerli iltihab reaksiyası yaranır. Sancma zamanı şiş selikli qişa və dərialtı yağ toxumalarında daha çox yayılır. Ağız boşluğuna sancmalar qırtlaqda sürətli şiş və boğulmaq əlaməti ilə müşahidə olunur.
Şəkil 5.1. Arının sancması
Birdəfəlik sancmalar zamanı zəhər ya hiss olunur və ya zəif hiss olunur. İstisna olmayaraq bütün insanlarda 200-300 arının sancması ümumi zəhərli reaksiya verir, onun kliniki əlamətləri isə ümumi zəiflik, başgicəllənmə, ürəyin tez-tez döyünməsi, bədənin hərarətinin artması, tərləmə, ağızda quruluq, ürəkbulanma, qaytarma, qatı ağız sulanması, ishal, yerli böyük şiş (5 santimetrdən böyük), daxili orqanlarının spazmaları ilə əlaqəli olan pozğunluq, skelet əzələlərinin qıc olması, hissiyyatı itirmək, qarabasma, qan sistemi tərəfindən eritrositlərin ayrılması, dəri altında qanaxmalar və qansızmalarına səbəb olan qan laxtalanmasının aşağı düşməsi ilə müşahidə olunur.
Ölümə səbəb olan kütləvi sancmalar - baş, boyun, ağız boşluğu və qan damarlarına 500-dən çox və ya tək-tək sancmalar xüsusi təhlükəlidir.
Zəhərli sancmadan fərqli olaraq allergik reaksiyanın immunoloji mexanizmləri var, bu reaksiya 1-2 arının sancmasından sonra yaranır, sürətlə inkişaf edir və kliniki əlamətləri ilə fərqlənir.
Arıların sancmalarına olan allergik reaksiya ağır və tez keçən növlərə bölünür, yəni sancmadan bir neçə gün (10 günə kimi) sonra daxili orqanları, mərkəzi sinir sisteminin zədələnməsi və damarların iltihabı ilə müşahidə olunur.
Tez keçən allergik reaksiyanın kliniki əlamətlərini ağırlıq dərəcəsinə görə üç qrupa bölmək olar: