-
Tez-tez baxış keçirilən ailələrin durumuna diqqətin artırılması
|
-
Ailənin normal fəaliyyətinin pozulmasına diqqət edin.
-
Ailənin qıcıqlanaraq öz funksiyalarını yerinə yetirməkdən yayınmasına diqqət edin.
-
Ailənin inkişaf sürəti və məhsuldarlığının azalmasına diqqət edin.
-
Ailədə temperatur rejiminin dəyişməsi ilə əlaqədar iş keyfiyyətinin aşağı düşməsini
nəzərinizdə saxlayın.
-
Arı oğurluqları və hücumlarının baş verməsinə diqqəti artırın.
-
Yoluxucu xəstəliklərin yayılması üçün şəraitin yaranmasını yaddan çıxarmayın.
|
-
Arı ailələrinə baxış keçirilməsinin texnikasının mənimsənilməsi
|
-
Baxışdan əvvəl bütün alət və ləvazimatları hazırlayın.
-
Kölgədə temperatur 11-12 dərəcə Selsi olduqda arıya baxmağın məqbul olduğunu nəzərə
alın.
-
Yaz və yayda baxış keçirməyin səmərəli vaxtını öyrənin və bunu diqqətinizdən
yayındırmayın.
-
Arıların təlimi üçün tüstüdən istifadə
etməyi unutmayın.
-
Çərçivələrin hissə-hissə açılmasına diqqət edin.
-
Arıları güclü qıcıqlandıra biləcək bütün əməliyyatları baxışın sonunda icra etməyə
çalışın.
|
-
Yığımsız vaxtda ailəyə baxışın keçirilməsi
|
-
Arı oğurluğunun səbəblərini öyrənin.
-
Arı oğurluğu ilə mübarizə aparmağa yox, qarşısını almağa çalışın.
-
Əgər tədbirlərə baxmayaraq, oğurluq və hücum baş verirsə, ehtiyat və ailələri
bir-birindən qoruma tədbirlərini həyata keçirməyi unutmayın.
|