Arı oğurluğunun qarşısını almaq daha rahatdır, nəinki bu fəlakətlə mübarizə etmək. Bunun üçün arıxanada güclü ailələr saxlanılmalı, çətinliyi olan ailələr isə təcili olaraq düzəldilməlidir (anasız, zəif ailələr). Bal çərçivələri, digər yem və bal ətri gələn hər bir şeyi arıların keçə bilmədiyi yerə qoyun. Yığımsız vaxtda ailənin gücündən asılı olaraq bacaları 2-6 santimetrə kimi qısaldın. Pətəkdə olan bütün yarıqlar və onların hissələrinin birləşdiyi yerləri yaxşı bağlayın. Ailənin uçuşu qurtardıqdan sonra axşam vaxtı ailəyə yem verin, yem qırıntılarını isə pətəyin divarları və yerdə saxlamaq olmaz.
Yığım olmadıqda arıların uçuşu zəif olduğu bir vaxt, axşam vaxtı ailəyə baxış keçirmək daha yaxşıdır. Bunun üçün gündüz vaxtlarda cuna və ya tor divarları olan xüsusi çadırlardan istifadə edin.
Görülən tədbirlərə baxmayaraq, arılar tərəfindən bal oğurluğu baş verərsə, hücuma məruz qalan ailənin bacasını elə ölçülərə kimi qısaldırlar ki, oradan yalnız 1-2 arı keçə bilsin.
Güclü yığım birdən-birə dayandırılarsa, əsasən də arı oğurluğuna qarşı heç bir lazımi tədbir görülmədiyi halda, bu, çox təhlükəli nəticələrə gətirib çıxara və kütləvi hücuma da keçə bilər. Bu cür olduğu təqdirdə kütləvi hücuma məruz qalan arıxananın ailələrini təcili olaraq köçürməyə hazırlayın, həmçinin arıxanadan 4-5 kilometr uzaqlıqda yerləşən, az da olsa, yığım olan yerə gecə vaxtı köçürmək lazımdır.
Sərbəst iş üçün tapşırıqlar