Odun qarşısını almaq məqsədi ilə xəzdən istifadə edin. Xəzi basarkən tüstü körüyü yandığı vaxt oradan tüstü burumları çıxır (tüstü ilə birlikdə qığılcımlar çıxmamalıdır). Tüstü körüyündən istifadə edərkən fasilələrlə onu xəz lövhələrinə birləşən qarmaq vasitəsi ilə açıq pətəyin arxa divarları və ya işçi qutusunun divarlarına asın.
Baxışdan öncə uçuş bacasından içəri bir neçə dəfə tüstü verilməlidir. Bu halda arılar narahat olmur (Şəkil 4.3).
Arı ailələrinə baxış keçirilərkən bacanın qarşısında durmayın, çünki bu, arıların uçuşu və uçuşdan qayıdarkən yollarına mane olur və onları qıcıqlandırır. Pətəyin yan tərəfində durun (gün düşən yerdə durmaq daha məsləhətlidir). Bu cür vəziyyətdə işıq çıxarılan çərçivələrin üzərinə düşəcək və onlara baxmaq rahat olacaq. Ailəyə baxış keçirilməsi üçün ilk növbədə pətəyin qapağını çıxardın. Qapağı pətəyin çöl yan tərəfi, divara söykəyərək üzüqoylu qoymaq məsləhətlidir. Sonra isə yastıqçanı qaldırın və pətəyin qapağına qoyun (Şəkil 4.4).
Pətəyin yastıqçası və üst istiləşdirici materiallarını çıxartdıqdan sonra tavanın küncünü qaldırın (taxta lövhələr və ya parçanın köməyi ilə) və arıları şanların üst hissəsindən qovmaq üçün tüstü burumlarını açıq çərçivələrdən içəri buraxın. Əgər arılar çox qəzəblənsə və ya arılara baxış əlverişsiz hava şəraitində keçirilərsə, pətəyi açmamışdan əvvəl birbaşa bacanın üstünə tüstü burumlarını buraxın. 30-40 saniyədən sonra ailəyə baxış keçirin.
Yuvaya baxış keçirilərkən bütün çərçivələri birdən açmayın, iki-üç çərçivəni açın. Onlara baxış keçirildikdən və yenidən pətəyə qaytarıldıqdan sonra növbəti çərçivələrə keçin, əvvəlkiləri isə parça və ya tavan lövhəsi ilə örtün (Şəkil 4.5).