Nəzəri biliklərin qiymətləndirilməsi
Test 3
Sual 1. Əməyin mühafizəsi nə deməkdir?
A) İnsanın əmək qabiliyyətinin qorunub saxlanması;
B) Hüquqi tədbirlərin məcmusu;
C) Təşkilati-texniki tədbirlərin məcmusu;
D) Sanitar-gigiyenik tədbirlərin məcmusu;
E) İnsan sağlamlığı və əmək qabiliyyətinin qorunub saxlanmasına istiqamətlənən hüquqi, təşkilati-texniki
və sanitar-gigiyenik tədbirlər məcmusu.
Sual 2. Xidməti heyətə nə təsir edə bilər?
A) İsti hava şəraiti;
B) Soyuq hava şəraiti;
C) Arıların qıcıqlanması;
D) Zərərli istehsal amilləri;
E) Süzüm.
Sual 3. Kimlərin arı və arıçılıq məhsulları ilə işləməsinə icazə verilmir?
A) Əlilliyi olanlar;
B) Diplomu olmayanlar;
C) Arı və arıçılıq məhsullarına allergik reaksiyası olanlar;
D) Orta yaşlı insanlar.
Sual 4. Hansı halda işləmək qadağan olunur?
A) Yemək yeyərkən;
B) Danışarkən;
C) Fərdi mühafizə vasitələri olmadıqda;
D) Arılar məhsul gətirəndə.
Sual 5. Təhlükəsizlik baxımından nə qadağan olunur?
A) Musiqiyə qulaq asmaq;
B) Nasaz avadanlıqlardan istifadə etmək;
C) Ədəbsiz danışmaq;
D) Ana arının hərəkətini izləmək.