Tapşırıq və fəaliyyətlər
|
Təlimat və tövsiyələr
|
-
Xidməti personala zərərli istehsal amillərinin təsir göstərməsi
|
-
İşlək maşın və mexanizmlər haqqında məlumat toplayın.
-
Maşın, mexanizm və avadanlıqların qorunmayan hərəkətli hissələri barədə bilgi toplayın.
-
Arıçılıqda qaynar maye və buxarın istifadə yerləri haqqında bilgi əldə edin.
-
”Sürüşkən yer” ifadəsinin arıçılığın hansı işi əsnasında istifadə olunduğuna diqqət
edin.
-
Yüksək və aşağı hava temperaturunun işçiyə mənfi təsirini öyrənin.
-
Yanğın təhlükəsinin aradan qaldırılması yollarını öyrənin.
-
İş yerinin az işıqlandırılmasının acı nəticələrini diqqətinizdə saxlayın.
|
-
İşçinin fərdi təhlükəsizlik texnikası tələblərinə dair təlimatlandırılması
|
-
Görülən əməliyyatların təyinatı və mahiyyəti, onların digər iş növləri ilə əlaqəsini
öyrənin.
-
İstifadə olunan avadanlığın quruluşu, təhlükəsizliyini təmin edən qabaqcıl tədbirləri
öyrənin.
-
Görülən əməliyyatların təhlükəsizlik qaydaları və üsullarını öyrənin.
-
Fərdi mühafizə vasitələrindən istifadə qaydalarını öyrənin.
-
Sancma və digər xəsarətlər zamanı ilk tibbi yardımın göstərilməsi üsullarını öyrənin və
işinizə tətbiq edin.
|
-
Sancma və allergik reaksiyalar zamanı qabaqlayıcı tədbirlərin görülməsi
|
-
Arı sancması və arıçılıq məhsullarına allergik reaksiyası olanların bu sahədə işləyə
bilməmələrini diqqət mərkəzində saxlayın.
|