Tapşırıq və fəaliyyətlər |
Təlimat və tövsiyələr |
-
Arıxananın yanğına qarşı mübarizə istiqamətində qurulması
|
-
Arıxanada yanğın təhlükəsizliyi qaydalarına dair “Təlimat”, bu işə məsul şəxslərin
adlarının asılmasına diqqət yetirin.
-
Arıxanada yanğın zamanı istifadə olunacaq əşyaların (yanğınsöndürən, vedrə, bel, ling,
qarmaq, balta) olmasına diqqət yetirin.
-
Arıxanada bütün hərəkət istiqamətlərinin nə üçün açıq olmasını diqqətinizdə saxlayın.
|
-
Arıxanada qızdırıcı cihazların təhlükəsizlik baxımından yerləşdirilməsi
|
-
Soba və qaz plitələrinin qışlama yerindən nə qədər aralı olması, hansı şəraitdə
yerləşdirilməsinə diqqət yetirin.
-
Həmin cihazlardan kimlərin istifadə edə bilməsini yadda saxlayın.
-
Alışqan yanacaq olan qabları necə və hansı şəraitdə saxlamağın qaydalarını öyrənin.
|
-
Təhlükəsizliyə görə arıxanada qadağan olunmuş qaydaların öyrənilməsi
|
-
Arıxanada açıq odu yandırıb-yaymağın fəsadlı nəticələrini göz önündə canlandırın.
-
Tüstü körüyündən istifadənin təhlükəsizlik qaydalarını öyrənərək tətbiq etməyə çalışın.
-
Donmuş su kəmərləri və kanalizasiya borularını təlimata uyğun olaraq açmağa çalışın.
Açıq oddan istifadə etmək olmaz.
|