-
Elektrik məftillər suvağın altı və ya metal borulardan keçirilməlidir;
-
Elektrik işıqlanması üçün yalnız bu məqsədlə nəzərdə tutulmuş saz vəziyyətdə olan avadanlıqlardan
istifadə olunmalıdır (məftillər, elektrik açarı, rozetka, patronlar və s.).
-
Bütün xidməti müəssisələrdə açıq odu yandırmaq və yaymaq (siqaret çəkmək üçün oturacaqlarla təchiz
olunan xüsusi yer və su qabı ayrılmalıdır);
-
Oddan istifadə edərək (lehim lampası, məşəl) donmuş su kəmərləri və kanalizasiya borularını
qızdırmaq;
-
İstehsalat müəssisələrində müvəqqəti sobaları quraşdırmaq;
-
Tüstü körüyü yandırılarkən qığılcımların tezalışan əşyalara düşməməsi üçün bütün qaydalara riayət
olunmalıdır;
-
Tüstü körüyünü yandırmaq üçün arıxana müəssisələrindən aralı yerləşən xüsusi ayrılmış yerlərdən
istifadə etmək lazımdır;
-
Yerə torpaq və ya qum səpilməli, onun yanında isə su və qumla dolu olan qab olmalıdır;
-
Boş qab və qablaşdırılmış materialı ümumi anbar müəssisələrində saxlamaq;
-
Yağlamaq üçün nəzərdə tutulmuş materialı qapaqla olan metal yeşiklərdə saxlamaq lazımdır, onlar
dəyişildikdən sonra isə xüsusi ayrılmış yerdə yandırılmalıdır;
-
Qızdırıcı qurğuların istismarı zamanı onların qarşısını hər hansı bir material və əşyalarla tutmayın, onların üzərində əskiləri qurutmaq olmaz;
-
Yanğın baş verdiyi halda, dərhal yanğınsöndürənləri çağırmaq lazımdır, onlar gələnə kimi isə maddi cəhətdən dəyərli sayılan əşyaların xilas edilməsi üçün bütün tədbirləri görmək lazımdır.