2. Yanğın təhlükəsizliyinin əsasları
Bütün müəssisələrdə görünən yerlərdə yanğın təhlükəsizliyi qaydalarına dair təlimat, həmçinin yanğın təhlükəsizliyinə dair məsul şəxslərin adı asılmalıdır.
Ümumi əsaslara görə emalatxanalar və ona oxşar tipli yaşayış evlərinə aid olan stasionar arıxana binaları yanğın təhlükəsizlik tələblərinə cavab verməlidir.
Arıxana təsərrüfatlarının bütün müəssisələri yanğına qarşı lövhələrlə təchiz olunmalı və orada iki yanğınsöndürən, iki vedrə, iki bel, ling, qarmaq, balta olmalıdır (Şəkil 2.1). Onun yanında 0,5 kub metr həcmində qumla dolu olan yeşik və tutumluluğu 200 litr olan su ilə dolu çəllək olmalıdır (Şəkil 2.2).
Şan saxlanılan yerin divarlar və tavanı əhəng məhlulu ilə ağardılır, yeri isə sementlənir.