Nəzəri biliklərin qiymətləndirilməsi
Test 1
Sual 1. Arıları heyvandarlıq və quşçuluq müəssisələrindən hansı məsafədə saxlamaq lazımdır?
A) 1 kilometr;
B) 2 kilometr;
C) 3 kilometr;
D) 4 kilometr;
E) 5 kilometr.
Sual 2. Arıxanalar şəkər zavodları, qənnadı müəssisələrdən hansı məsafədə uzaq yerləşdirilməlidir?
A) 1 kilometr;
B) 4 kilometr;
C) 2-3 kilometr;
D) 5 kilometr;
E) 3-4 kilometr.
Sual 3. Arıxana avtomobil yollarından nə qədər məsafədə yerləşdirilməlidir?
A) 500 metr;
B) 1 kilometr;
C) 400 metr;
D) 600 metr;
E) 200 metr.
Sual 4. Arılar ətraf mühitə ziyan vururmu?
A) Bəzən vurur;
B) Vurur;
C) Vurmur;
D) Bilmirəm.
Sual 5. Entomofil bitkilərin məhsuldarlığını artırmaq üçün arılardan istifadə etmək lazımdırmı?
A) Lazımdır;
B) Lazım deyil;
C) Bəzən lazımdır;
D) Bəzi bitkilərə lazımdır, bəzilərinə yox.