Arıları pestisidlərdən qoruyun. Bunun üçün mütləq kənd təsərrüfatı müəssisələri ilə razılaşın, çünki
pestisidlərdən istifadə edərkən müəssisələr bu tədbirin vaxt və yeri barəsində arıçıları öncədən
xəbərdar eləməli və məlumatlandırmalıdırlar. 6 yaşına qədər uşaqların arıxanaya özbaşına daxil olmasına
icazə verilməməlidir.
-
Arıların insan və heyvanlara kütləvi təhlükə törədib-törətmədiyinə diqqət edin.
-
Bitkilərin arılarla tozlandırılması yolu ilə alınan məhsuldarlığın arıçılıq məhsullarının dəyərindən
çox və ya az olduğunu tapın.
-
Arıçılıq müəssisələrinə yaxın olan təsərrüfatların pestisidlərdən istifadə edərkən hansı tədbirləri
görmək lazım olduğunu diqqət mərkəzində saxlayın.
-
Arıxanaya yaxın olan insanların təhlükəsizliyi üçün nələrin vacibliyini dəqiqləşdirin.
-
Arıxananın əhalinin sıx yaşadığı və toplaşdığı ərazilər, səhiyyə, təhsil və mədəniyyət
obyektlərindən nə qədər məsafədə yerləşə biləcəyini diqqətinizdə saxlayın.