Göstəricilər | Aylar |
Orta illik |
|||||||||||
I | II | III | IV | V | VI | VII | VIII | IX | X | XI | XII | ||
Havanın orta temperaturu, 0C |
|||||||||||||
300 və daha yüksək temperatura malik günlərin sayı, gün | |||||||||||||
200 və daha aşağı temperatura malik günlərin sayı, gün | |||||||||||||
Yağıntının miqdarı, mm |
|||||||||||||
Havanın nisbi rütubəti, % |
|||||||||||||
Küləyin istiqaməti | |||||||||||||
Küləyin gücü, m/san |
|||||||||||||
İlk payız şaxtalarının vaxtı |
|||||||||||||
Son payız şaxtalarının vaxtı |
|||||||||||||
Vegetasiyanın başlanması və qurtarması |
Cədvəl 3.1. Meyvə tingliyi təşkil ediləcək rayonun meteoroloji xarakterizəsi
Tinglikdə texnoloji əməliyyatın düzgün tətbiqi üçün ərazinin küləklərdən mühafizəliliyini, hakim küləklərin əsmə istiqamətini, küləyin balla gücünü, havanın nisbi nəmliyinin mövsüm və aylar üzrə miqdarını, qar qatının qalınlığını, illik atmosfer çöküntülərinin miqdarını, onun aylar üzrə paylanmasını, müsbət bioloji fəal temperaturun cəmini, müsbət temperaturun vegetasiya dövründə miqdarını, orta sutkalıq temperatur və onun dəyişməsini, orta və mütləq minimum temperaturu, şaxtasız günlərin miqdarını, erkən payız və gec yaz şaxtalarının vaxtını və digər amilləri ətraflı öyrənmək, təhlil etmək lazımdır. Ərazinin mikroiqlim şəraitini nəzərə alıb hər bitki növünün və sortunun becərilməsi üçün sahələr müəyyənləşdirilir.
Ərazinin küləklərdən təbii mühafizəliliyi. Güclü əsən külək vegetasiya dövründə torpaqdan və bitkidən rütubətin buxarlanmasını sürətləndirir, bitkidə gedən fizioloji prosesləri pozur, calağın vurulması əməliyyatının icrasına maneçilik törədir, calağın tutması faizini azaldır, cavan zoğları qurudur, tingi əyərək eybəcərləşdirir, zərərvericilərə, xəstəliklərə qarşı tətbiq olunan çiləmə və tozlama əməliyyatının səmərəliliyini aşağı salır, səpilmiş toxumdan əmələ gəlmiş cavan cücərtiləri qurudaraq məhv edir, qışda qarı sovuraraq torpaqda rütubət ehtiyatını azaldır, bitkinin şaxtaya davamlılığını zəiflədir, klon calaqaltılarda kök sisteminin yerindən oynatmaqla onun normal böyüməsinə maneçilik yaradır. Torpağı sovuraraq köklərin qurumasına səbəb olur, havanın nisbi nəmliyini azaldır.