- Formavermə və ya calaqlıq şöbəsinin təşkili ilə bağlı təcrübələrə yiyələnəcəksiniz;
- Calaqalıq şöbəsinin birinci tarlasında toxmacar və klon calaqaltıların əkilməsi, calağın vurulması prosesini, tətbiq olunan aqrotexnoloji əməliyyatları (suvarma, gübrələmə, alaqlarla, qaysaqla mübarizə və s.) praktiki icra etmək vərdişinə malik olacaqsınız;
- Calaqlıq şöbəsinin ikinci tarlasında calaq vurulmuş bitkilərin yoxlanılması, təmir-bərpa işləri, tətbiq olunan aqrotexnoloji əməliyyatları (suvarma, gübrələmə, alaqlarla, qaysaqla mübarizə və s.) tam mənimsəyəcəksiniz;
- Calaqlıq şöbəsinin üçüncü tarlasında tətbiq olunan aqrotexnoloji qulluq işlərini (suvarma, gübrələmə və s.), o cümlədən ikiillik tinglərdə çətirin əsasının qoyulması məsələlərini öyrənəcəksiniz;
- Tinglərin çıxarılmaq üçün hazırlanması, çıxarılması vaxtı, çıxarılması üsulları, sahə standartları, tingin sahə standartlarına (sağlamlığı, yerustü hissənin hündürlüyü, köklərin uzunluğu, sort tərkibi) uyğun çeşidlənməsi, müvəqqəti saxlanılması, fumiqasiyası (xəstəlik və zərərvericilərdən zərərsizləşdirilməsi), realizəsi məsələlərini praktiki olaraq icra edə biləcəksiniz.