Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Səpin tarlasının sahəsi 1,04 ha və səpin norması 30 kq/ha olduqda tələb olunan toxumun miqdarını tapın:
A) 30,2;
B) 30,7;
C) 32,7;
D) 31,2.
Sual 12. Toxumların cücərmə qabiliyyəti 90 % və təmizliyi 95 % olduqda təsərrüfat yararlılığını tapın:
A) 80,5 %;
B) 85 %;
C) 80 %;
D) 85,5 %.
Sual 13. Qələm calağında calaqüstüdə istifadə edilən kəsim üsulları:
A) “T”-şəkilli kəsim;
B) Çəp, çiyinli və paz şəkilli;
C) Yarma kəsim;
D) Yandan kəsim.
Sual 14. Nikolirovka göz calağının başlıca məqsədini göstərin:
A) Calağın tutma faizini yüksəltmək;
B) Anatomik vəhdəti möhkəmlətmək;
C) Sığışmazlığı aradan qaldırmaq;
D) Məhsula düşməni tezləşdirmək.
Sual 15. Toxumların təmizliyi təyin olunan zaman tumlu meyvə bitki toxumlarında neçə faizə qədər yad qarışıqların olmasına icazə verilir?
A) 1 %;
B) 2 %;
C) 5 %;
D) 7 %.