Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Alma bitkisi çiliklə artırılır.
Sual 2. Armud sortları toxumla çoxaldılır.
Sual 3. Heyva bitkisi basmalarla artırıla bilir.
Sual 4. Klon calaqaltılara calaq torpaq səthindən 20-25 sm hündürlükdə vurulur.
Sual 5. Calaqüstünün təsiri ilə kökün anatomik quruluşu, fəal köklərin miqdarı, ölçüsü, kökdə gedən fizioloji proseslər dəyişir.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Tumlu meyvə bitkilərinin toxmacarlarında ............. torpağın dərin qatlarına işləyir, ..................isə az və zəif olur.
Sual 7. Göz calağını bir qayda olaraq birillik, karandaş yoğunluğunda - gövdəsinin yoğunluğu ................ olan calaqaltılara vururlar.
Sual 8. Bu üsulun üstünlüyü toxumun həyat qabiliyyətinin qısa müddətdə -................ ərzində müəyyən edilməsi, toxumun stratifikasiya olunmasına ehtiyac olmaması və eyni zamanda toxumun cücərmə enerjisinin də müəyyən edilməsidir.
Sual 9. Şimali Qafqazın dağlıq rayonlarında bitən ekoloji tiplər .............................. olur.
Sual 10. Calağa başlamazdan .......................... calaqaltılar becərilən sahə alaq otlarından təmizlənərək torpaq yumşaldılır, calaq vurulmağa yararlı calaqaltıların miqdarı müəyyənləşdirilir.