Yaxşılaşdırılmış qələm calağı. Sadə qələm calağında olduğu kimi çəp kəsim alınır. Sonra çəp kəsimlərin ortasında onların uzunluqlarına doğru eninə kəsim aparılır. Bu zaman həm calaqüstüdə, həm də calaqaltıda çəp diləbənzər kəsim alınır (Şəkil 2.37). Həmin kəsimlər bir-birinə geydirilərək sarınır.