Sarğının uzunluğu 30-40 sm, eni 1 sm olur. Müasir dövrdə sintetik pərdələrdən - polixlorvinil, poliamid və polietilen pərdələrdən hazırlanmış lentdən daha geniş istifadə edilir. Belə lent kallüsün əmələ gəlməsini sürətləndirir, asanlıqla genişləndiyindən calaq komponentlərinin yoğunlaşmasına imkan verir, kəsiklərin içərisinə rütubətin daxil olmasına imkan vermir, işığı yaxşı keçirir.
Bağ məlhəmi. Calaq yerinin və açıq kəsiklərin örtülməsində məqsəd yaraların, kəsiklərin içərisinə rütubətin və mikroorqanizmlərin daxil olmasının qarşısını almaqdır. Məlhəm kəsilmiş yerləri yandırmayan, qurutmayan, yoğrulan, soyuğun təsirindən əriməyən, tərkibi zərərsiz olmalıdır. Məlhəmin hazırlanması üçün kanifol, piy, skipidar, qətran, parafin, kətan yağı, pambıq yağı, ağac külü, şam, oxra rəngindən və s. istifadə edilir. Bu maddələri qarışdırıb calaq vurulan dövrdə qarışığı ya isidilərək və ya isidilmədən istifadə edilir. Bununla əlaqədar olaraq bağ məlhəmini «soyuq» və «isti» adlandırılan iki qrupa ayırırlar. Məlhəmin hazırlanması üçün bir neçə reseptləri nümunə olaraq qeyd edirik.
I nümunə | II nümunə | III nümunə | |||
Kanifol: | 915 q | Kanifol: | 830 q | Arı yapışqanı: | 6 hissə |
Qara zift: | 15 q | Piy: | 30 q | Mum: | 2 hissə |
Piy: | 30 q | Qarazift: | 100 q | Skipidar: | 3 hissə |
Ağac külü: | 40 q | Oxrarəngi: | 40 q | Kanifol: | 1 hissə |
IV nümunə | V nümunə | VI nümunə | |||
Kanofol: | 400 q | Kətan yağı: | 2 hissə | Kanifol: | 1000 q |
Mum: | 200 q | Qətran: | 1,2 hissə | Mum: | 150 q |
Piy: | 100 q | Skipidar: | 1 hissə | Pambıq yağı: | 0,25 1 |
90°-li spirt: | 50 q |
Piy məlhəmə elastiklik, kanifol möhkəmlik verir, ağac külü, oxra rəngi isə onun ovxalanmasına imkan vermir. Skipidar, spirt, bitki yağları isə qarışıqların əriməsinə köməklik edir. Bu qarışıqları zəif od üzərində tədricən isidərək qarışdırırlar. Sonra qablara doldururlar, calaq vurulan dövrdə isə məlhəmi azca isidirlər. Məlhəm kimi aşağıdakı materiallardan istifadə edilir.
Alət və avadanlıqlar. Calaq vurmaqda müxtəlif quruluşlu göz calağı, qələm calağı bıçağı, iri, xırda dişli mişar, bağ qayçısı (sekator), xırda balta, çapacaq, çarx daşı, elektrik daşı, bülöv daşı, qayış, ağac çəkic, etiket (birka), fırça, döşlük, təmiz parça, qutu, parafin, mamır, təmiz qum, ağac kəpəyi və s. istifadə edilir (Şəkil 2.26, Şəkil 2.27 və Şəkil 2.28).
Alətlər təmiz və iti olmalıdır. Eyni zamanda hər ehtimala qarşı calaqaçılara tibbi yardım üçün yod, pambıq, tənzif olmalıdır.