№ | Bitkinin adı | Stratifikasiya müddəti, gün | |
Optimal | Minimum | ||
1 | Yabanı meşə alması | 120-130 | 90 |
2 | Alma sortları | 120-130 | 90 |
3 | Yabanı armud | 120-130 | 90 |
4 | Armud sortları | 120-130 | 90 |
5 | Heyva | 90-110 | 70 |
6 | Əzgil | 90-120 | 90 |
Cədvəl 2.3. Tumlu meyvə bitkilərinin toxumlarının stratifikasiya müddəti
Toxumun səpilmə dərinliyi. Bu göstərici torpağın mexaniki tərkibindən, toxumun iriliyindən, rayonun torpaq-iqlim şəraitindən asılıdır. Tumlu meyvə bitkilərindən alma, armud və heyvanın toxumlarını ağır torpaqlarda 2-3 sm dərinliyində, yüngül torpaqlarda 4 sm dərinliyində səpirlər.
Əzgil bitkisinin toxumları isə stratifikasiya-dan sonra konteyner üsulunda səpilir (Şəkil 2.19), səpindən bir neçə ay sonra cücərir. Ümumiyyətlə əzgil bitkisi çox ləng böyüdüyündən cücərmədən sonra iki, yaxud üçüncü il daimi yerinə əkilir.
Səpin vasitələri. Kiçik sahələrdə toxumu əllə, böyük ərazilərdə və tinglik təsərrüfatlarında isə toxum səpən maşınla səpirlər. Alma, armud və heyva toxumlarını taxıl və tərəvəz toxumu səpən müxtəlif markalı maşınlarla səpirlər (Şəkil 2.20).
Səpin sxemi. Toxum səpiləcək sahədə torpağın becərilməsi, bütün texnoloji əməliyyatların, o cümlədən toxmacarların qazılıb çıxarılmasını mexanikləşdirmək, sahə vahidindən çoxlu miqdarda calaqaltı hasil etmək məqsədilə meyvə toxumlarını aşağıdakı sxemlərdə səpirlər.