O, payız-qış müddətində böyümə və inkişafını davam etdirir, sükunət dövrünü tamamlayır, cücərmək üçün hazırlıq aparır, biokimyəvi, fizioloji, bioloji proseslərdən sonra tam formalaşır və nəhayət gələn ilin yazında təbii şəraitdə cücərir.
Tinglik təsərrüfatlarında isə bu proses əsasında toxumlar süni surətdə səpin üçün hazırlanır. Bunun üçün stratifikasiya üsulundan istifadə edilir. Stratifikasiya latınca «stratus» sözünün hallandırılmasından yaranmışdır. “Stratus” - lay, qat deməkdir. Burada toxumu stratifikasiya etmək üçün substratla toxum qarışdırılaraq stratifikasiya edilir (Şəkil 2.18). Stratifikasiya olunan toxum rütubət, temperatur və hava ilə təmin olunmalıdır. Odur ki, substrat seçərkən diqqətli olmaq lazımdır. Substrat yüngül, özündə 40-50 % nəmlik saxlayan, havanın normal cərəyanına şərait yaradan, tələb olunan temperaturu nizamlayan, toxumdan asan ayrılan olmalıdır. Hal-hazırda ting istehsalı ilə məşğul olan təsərrüfatlarda çaylaq qumuq, torf, mamır, ağac kəpəyi, mamır-torf qarışığı, daş kömür şlakı, döyülmüş saxsı, kömür xəkəsi və vermikulitdən 2:1 yaxud 1:1 nisbətində istifadə edilir. Hər bitki növ, sort və formasından olan toxumlarayrılıqda stratifikasiya edilir. Stratifikasiya edilən alma, armud, heyva toxumlarının normal havalanması və kiflənməməsi üçün substrat qarışıq onların hündürlüyü 30 sm-dən çox olmamalıdır.
Əzgil toxumları sərt qabıqla örtüldüyündən və ikiqat sükunətə malik olduğundan onlar təbii şəraitdə ikinci, yaxud üçüncü il cücərir. Bu prosesi süni olaraq sürətləndirmək məqsədilə onlar iki sutka qaynar suda saxlanılır. Sonra qurudularaq kompost və qumdan hazırlanmış substratla qarışdırılır. Toxumların normal havalanmasını təmin etmək üçün çox da böyük olmayan paketlərə yığılır və 3...4 ay soyuducuya qoyulur.
Toxumların yığımdan sonra yetişmə dövrünün başa çatması üçün onların startifikasiya müddəti Cədvəl 2.3-də verilir.
Toxumun səpilməsi vaxtı. Tumlu meyvə bitkilərinin toxumları yığımdan sonra uzun müddət yetişmə dövrü tələb etdiyindən yazda səpilir.
Toxumun səpilməsi vaxtı. Tumlu meyvə bitkilərinin toxumlarıyığımdan sonra uzun müddət yetişmə dövrü tələb etdiyindən yazda səpilir.