MODULUN SPESİFİKASİYASI
Modul üzrə ümumi təlim nəticələri:
Təhsilalan tumlu meyvə bitkilərinin istehsalat texnologiyasının əsas amillərini və əlaqələrini, həmçinin regional əhəmiyyətə malik tumlu meyvə bitkilərinin xüsusiyyətlərini bilir. O, müxtəlif bitki əkini nümunələrində tumlu meyvə bitkilərinin əkini zamanı rast gəlinən bütün işləri, məs. çoxaldılması, əkilməsi, budama və qulluq işləri, bitki mühafizə tədbirləri, gübrələmə, suvarma tədbirlərini yerinə yetirə bilir. Tumlu meyvə bitkilərinin yığımı, emalı və saxlanması ilə bağlı işləri düzgün həyata keçirməyi bacarır. O, təbiət, ətraf mühitin, əməyin və sağlamlığın qorunması aspektlərini nəzərə almaqla istehsal prosesində geniş yayılmış müxtəlif alət, aqreqatlar və maşınlardan düzgün istifadə etməyi bacarır və təbii hadisələrə düşünülmüş şəkildə reaksiya göstərə bilir.
Kənd təsərrüfatı ixtisasları üzrə 2-ci tədris ili üçün modullar | |
Modul (təhsil sahəsi): | Tumlu meyvə bitkiləri |
Modulun nömrəsi: | 3.2.2.2.2.2.01 |
Dərs saatı (məsləhət görülən): | |
İxtisas üzrə nəzəri dərslər: | 80 saat |
İxtisas üzrə praktiki dərslər: | 90 saat |
İstehsalat təcrübəsi: | 220 saat |
Tədrisin məqsədi |
Tədrisin məzmunu (nəzəri) | Dərs saatları (nəzəri) |
Tədrisin məzmunu (praktiki məşğələlər) |
Dərs saatları (praktiki məşğələlər) |
İstehsalat təcrübəsi |
Dərs saatları (istehsalat təcrübəsi) |
Metodik göstərişlər |
Tumlu meyvə bitkilərinin əsas xüsusiyyətləri və ətraf mühit amillərinə tələbləri Tumlu meyvə bitkilərinin əsas xüsusiyyətlərini bilir Hər hansı bölgənin təbii şəraitinin tumlu meyvə bağının salınması üçün uyğunluğunu qiymətləndirə bilir. Seçilmiş ərazinin təsərrüfat-təşkilati şəraitinin tumlu meyvə bağı üçün uyğunluğunu təyin edə bilir |
Tumlu meyvə bitkilərində tumurcuqların tipləri, meyvəvermə xarakteri, meyvə budaqcıqları, çiçək, çiçək topası və meyvənin quruluşu Tumlu meyvə bitkilərinin böyümə və inkişafında iqlim amillərinin rolu Tumlu meyvə bitkilərinin böyümə və inkişafına torpaq və onun keyfiyyət göstəricilərinin təsiri D.s. hündürlük, maillik və yamacların ekspozisiyasının (cəhətləri) temperatur, hava və rütubət rejiminə, aqrotexnoloji əməliyyatların mexanikləşdirilməsinə relyefin təsiri Tumlu meyvə bitkilərinin böyümə və inkiafına biotik amillərin, o cümlədən faydalı və zərərli canlıların, mikroorqanizmlərin, müxtəlif bitkilərin təsiri | 10 | Tumlu meyvə bitkiləri üzrə vegetativ və generativ tumurcuğun meyvə budaqcığı üzərində yerini təyin etmək və oyanma xarakterinə görə təhlilini vermək; Tumlu meyvə bitkilərində tumurcuqların oyanması və zoğ əmələgətirmə xüsusiyyətinin təyin etmək Tumlu meyvə bitkilərində meyvə budaqcıqlarının təhlil etmək Tumlu meyvə bitkilərində element çatışmazlığı ilə bağlı müşahidələr aparmaq | 10 | 10 |