Həyat qabiliyyəti faizlə müəyyən edilmiş toxumlar, faizin yüksək və aşağı olmasından asılı olaraq üç qrupa ayrılır. Bu göstəricilər əsasında qruplar üzrə səpin norması müəyyən-ləşdirilir. Toxumun həyat qabiliyyətinin faizlə ifadəsinə əsaslanaraq onlar üçün standartlar təyin edilmişdir (Cədvəl 2.2).
Bitkinin adı | Həyat qabiliyyəti göstərilən faizdən aşağı olmamalıdır |
Təmizlik göstərilən faizdən aşağı olmamalıdır |
||
I qrup | II qrup | III qrup | ||
Yabanı alma | 90 | 80 | 65 | 93 |
Alma sortları | 90 | 85 | 65 | 90 |
Yabanı armud | 90 | 75 | 60 | 90 |
Armud sortları | 90 | 80 | 65 | 90 |
Heyva | 90 | 85 | 70 | 91 |
Cədvəl 2.2. Səpilməsi tövsiyə edilən standart toxumların keyfiyyət göstəriciləri
Toxumun cücərmə enerjisi. Toxumların cücərmə enerjisi ilk cücərtilər əmələ gələn gündən birinci 5 gündə cəmi cücərtilərin faizlə miqdarıdır. Bu keyfiyyət göstəricisi təsərrüfat şəraitində yüksək qiymətləndirilir. Eyni vaxtda kütləvi şəkildə əmələ gəlmiş cücərtilər qulluq işlərini daha səmərəli aparmağa imkan verir.
Toxumun təsərrüfat yararlılığı. Bu göstərici aşağıdakı formula ilə hesablanır:
𝑻𝒚 = 𝑪 ∗ 𝑻
𝟏𝟎𝟎
Burada:
Ty - təsərrfüta yararlılığı, %
C - toxumların cücərmə qabiliyyəti, %
T - toxumların təmizliyi, %