Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Adətən bir orqanizmdən yeni orqanizmin və ya fərdin törəməsi prosesinə çoxaltma və ya artırma deyilir. Bu əməliyyatla məşğul olan şəxsin qarşısında duran əsas məqsəd çoxaldılacaq bitkinin qiymətli bioloji xüsusiyyətlərini və dəyərli təsərrüfat nişanələrini qorumaq, onları yeni nəsildə qoruyub saxlamaqdan ibarətdir. Tumlu meyvə bitkilərini iki üsulla - generativ və vegetativ üsulla çoxaltmaq mümkündür.
Tumlu meyvə bitkilərinin təbii şəraitdə toxumla (cinsi və ya digen) çoxalmaları geniş yayılmışdır. Tumlu meyvə bitkiləri çarpaz tozlandığından onların toxumları heteroziqotdur. Geniş mənada irsi əlamətə görə iki müxtəlif qametlərin (bitkidə cinsi hüceyrələrə qamet deyilir) mayalanması nəticəsində əmələ gəlmiş ziqotadan yaranmış orqanizmə heteroziqot orqanizm deyilir. Buna görə də tumlu meyvə bitkilərində sortları toxumla artırmaq olmur. Bu zaman toxumdan əmələ gəlmiş bitkilər irsiyyətin parçalanması qanunu əsasında ana bitkinin, yəni sortun dəyərli bioloji xüsusiyyətlərini və qiymətli təsərrüfat nişanələrini itirirlər. Bu səbəbdən də tumlu meyvə bitkilərini vegetativ üsulla artırırlar. Vegetativ artırmaya monogen artırma da deyilir. Tumlu meyvə bitkilərindən alma, armud və əzgil bitkisinin zoğ və budaqlarında daşlaşmış (sklerenxim) hüceyrələri olduğundan onlar sərbəst halda kök əmələ gətirə bilmir. Ona görə də bu bitkilər ancaq calaqla artırılır. Heyva bitkisi isə calaq, basma, çilik və kök pöhrələri ilə artırıla bilir.
Öyrənmə elementinin təhlilindən də göründüyü kimi tumlu meyvə bitkilərinin çoxaldılması ilə bağlı burada verilən biliklər böyük nəzəri və praktiki əhəmiyyətə malikdir.
Beləliklə bu elementin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz: