Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Tumlu meyvə bitkilərinin nümayəndələri olan tam sıranı göstərin:
A) Şaftalı, ərik, heyva, armud, yemişan;
B) Gavalı, göyəm, alma, əzgil, tut;
C) Alma, armud, heyva, əzgil, yemişan, üvəz;
E) İnnab, xirnik, incir, alma, armud.
Sual 12. Tumlu meyvə bitkilərinə xas olan xüsusiyyətləri göstərin:
A) Çiçək tumurcuqları mürəkkəbdir, çiçək tumurcuqları meyvə budaqcıqlarının böyründə yerləşir, meyvələri yalançı meyvədir;
B) Çiçək tumurcuqları sadədir, çiçək tumurcuqları yarpaq tumurcuqlarından qabaq açılır, meyvələri həqiqi meyvədir;
C) Çiçək tumurcuqları mürəkkəbdir, çiçək tumurcuqları meyvə budaqcığının təpəsində yerləşir, meyvələri yalançı meyvədir;
D) Meyvələri həqiqidir, meyvələri saxlanmaya davamlıdır, nəqliyyata davamsızdır.
Sual 13. Vegetativ tumurcuğun tiplərini göstərin:
A) Sadə, yarpaq;
B) Sadə, mürəkkəb;
C) Təmiz, qarışıq;
E) Boy, yarpaq.
Sual 14. Armud bitkisində çiçək topası hansı tipdədir?
A) Mürəkkəb sipər;
B) Sadə sipər;
C) Süpürgə;
D) Salxım.
Sual 15. Tumurcuqların oyanması neçə faiz olduqda yüksək oyanma adlanır? (2)
A) 100 %;
B) 20-30 %;
C) 30-50 %;
D) 70 %-dən çox;
E) 50-70 %.