Burada dənli bitkilər torpağın strukturunu yaxşılaşdırır, paxlalı bitkilər isə torpağı azotla zənginləşdirir. Paxlalı bitkilər becərilən sahə şumlandıqdan sonra torpaqda üzvi maddələrin miqdarı artır. Üzvi maddələrin parçalanaraq minerallaşması nəticəsində havada karbon qazının miqdarı artır ki, bu da fotosintez prosesinin normal gedişinə şərait yaradır (Şəkil 1.41).
Fitomonitorinq- bitki ilə müasir kompüter texnologiyasının dialoqudur.
Göründüyü kimi meyvə məhsulu istehsalının təşkilində və idarə olunmasında insanın böyük təsiri vardır.