saralmış hissələr quruyur, bitki daha az yarpaq əmələ gətirir. | tökülməsinə səbəb olur. | |
Bor | Meristematik toxumalarda və zoğlarda deformasiya baş verir, zoğların uc hissəsi məhv olur, meyvə lətində probkalaşma gedir, yarpaqlar saralaraq tökülür. | Yaşlı yarpaqlarda ayanın sətində qonurlaşma gedir. |
Dəmir | Əhəngli torpaqlarda bu elementin çatışmazlığı baş verir, nəticədə zoğun uc hissəsində yerləşən yarpaqlar xloroza tutulur, zoğlar uc hissəsindən başlayaraq məhv olur. | Fosfor və manqan çatışmazlığı baş verir. |
Mis | Zoğlar deformasiyaya uğrayaraq uc hissədən soluxmağa başlayır, yarpaqlar xloroza tutu-lur. | Fosfor çatışmazlığı baş verir. |
Sink | Buğumaraları qısalır, zoğların uc hissəsində yarpaqlar xırdalaşaraq rozetləşmə gedir, xloroz baş verir, yaşlı yarpaqlar nekroza tutularaq tökülür. | Dəmir çatışmazlığı baş verərək yarpaqlar məhv olur. |
Kükürd | Azot çatışmazlığı ilə oxşar əlamətlər baş verir, lakin fərq ondan ibarətdir ki, azot çatışmazlığı ilk növbədə yaşlı yarpaqlarda özünün göstərir, kükürd çatışmazlığı isə cavan yarpaqlarda büruzə verir. | Sorucu köklər yanaraq məhv olur. |
Molibden | Yarpaqlarda xlorofilin miqdarı aşağı düşür, yarpaqların damarları arasında və kənarla-rında sarı ləkələr əmələ gəlir, yaşlı yarpaq-larda güclü nəzərə çarpan xal-xal ləkələr əmələ gəlir, kənarları qıvrılaraq quruyur, çiçəklər eybəcər forma alır. | Mis çatışmazlığına səbəb olur. |
Cədvəl 1.3. Bitkilərdə qida elementlərinin çatışmazlığının və ya ifrat dərəcədə olmasının əsas əlamətləri
1.2.3. Relyef
Relyef. Tumlu meyvə bitkilərinin böyümə və inkişafında sahənin relyefinin əhəmiyyəti böyükdür. Bu və ya digər amil relyefin xarakterindən asılı olaraq bitkiyə bir halda müsbət, digər halda isə mənfi təsir göstərir. Relyef müxtəlif olduğundan atmosfer çöküntüləri və temperatur sahədə bərabər paylanmır. Sahənin hündür, orta və aşağı nöqtələrində hava şəraiti bir-birindən xeyli fərqlənir. Bu hal tumlu meyvə bitkilərinin relyefin xarakterindən asılı olaraq şəraitə uyğun yerləşdirilməsini, bu və ya digər aqrotexnoloji tədbirlərin və mexanikləşdirmənin tətbiqini tələb edir.