Sink ifrat həddə çatdıqda aşağı yarpaqlarda əsas damar boyunca şəffaf sulu ləkələr əmələ gəlir. Yarpaq ayaları qeyri-simmetrik böyüyür və qeyri-bərabər olur. Müəyyən müddətdən sonra yarpaqlarda nekroz müşahidə olunur və onlar tökülür.
Molibden. Fermentlərin tərkibinə daxil olmaqla azot və fosfor mübadiləsində iştirak edir. Əsasən turş torpaqlarda molibden çatışmazlığı müşahidə olunur. Molibden çatışmadıqda yarpaqlarda xlorofilin miqdarı aşağı düşür, yarpaqların damarları arasında və kənarlarında sarı ləkələr əmələ gəlir. Molibden çatışmazlığı ilk növbədə yaşlı yarpaqlarda özünü göstərir. Güclü nəzərə çarpan xal-xal ləkələr əmələ gəlir. Yarpağın damarları açıq-yaşıl rəngli olur. Yarpaqların kənarları qıvrılaraq quruyur. Məhsul verən ağaclarda çiçəklər eybəcər forma alır.
Molibden ifrat dərəcədə olduqda bitkidə misin mənimsənilməsi prosesi pozulur ki, bu da nəticədə mis çatışmazlığı kimi özünü büruzə verir.
Sonda bu və ya digər qida elementinin çatışmazlığı və yaxud ifrat dərəcədə olması səbəbindən tumlu meyvə bitkilərində baş verən əsas fəsadlar 3 saylı cədvəldə sizin üçün bələdçi olaraq verilir.
Elementin adı |
Çatışmadıqda | İfrat dərəcədə olduqda |
Azot | Zoğların və köklərin böyüməsi prosesi ləngi-yir, bəzən tamamilə dayanır, çiçəkləmə və məhsulvermə zəifləyir, yarpaqlar vaxtından əvvəl tökülür. | Həddindən artıq vegetativ böyümə gedərək çiçəkləmə faizi aşağı düşür, meyvələrin inkişafı prosesi zəifləyir. |
Fosfor | Zoğ və yarpaqlarda azot çatışmazlığı ilə oxşar proseslər gedir, yarpaqlarda sortlar-dan asılı olaraq qonur və bənövşəyi ləkələr əmələ gəlir, meyvələrin keyfiyyəti aşağı düşərək tərkibində turşuluğun miqdarı artır. | Meyvələr vaxtından əvvəl yetişir, bitkidə fosforun ifrat dərəcədə olması kalium, dəmir və sink çatışmazlığına səbəb olur. |
Kalium | Yarpaqların uc hissəsi və kənarları qəhvəyi rənglə haşiyələnir, yarpaq ayasında ləkələr əmələ gəlir, meyvələr xırdalaşır və yetişməsi ləngiyir. | Kalium ifrat dərəcədə olduqda bitkidə kalsium, maqnezium və manqan çatışmazlığı baş verir. |
Kalisum | Zoğların uc hissəsi məhv olur, çiçək saplağı saralır, meyvələrdə qonur rəngli nekrotik ləkələr əmələ gəlir, yarpaqlar kənarlardan başlayaraq qaralır və ağacda yuxarıya doğru tədricən quruma baş verir. | Kalium, maqnezium, sink, manqan və bor çatışmazlığı baş verir. |
Maqnezium | Yarpaqlarda xloroz baş verırık, vaxtından əvvəl quruyaraq tökülür. | Kalsium çatışmazlığı baş verir. |
Manqan | Cavan yarpaqlarda damarlar arasında xloroz müşahidə olunur, həmi hissələr sarımtıl-yaşıl, yaxud da sarımtıl-boz rəng alır, damarlar isə yaşıl rəngdə qalır, sonra | Əsasən turş torpaqlarda manqan ifrat dərəcədə olmaqla yaşlı yarpaqların saralmasına, qırışaraq |