Kalsium. Kalsium meyvələrdə az, yarpaqlarda isə çox olur. Kalsium fotosintez prosesi üçün zəruridir. O adətən bitkinin yaşlı hissələrində çox çox toplanır. Alma bitkisində kalsium çatışmazlığı nəticəsində zoğların uc hissəsi məhv olur. Meyvələrdə qonur rəngli nekrotik ləkələr əmələ gəlir (Şəkil 1.28). Köklər uc hissədən məhv olmağa başlayır.
Kalsium catışmazlığı zamanı yarpaqlar kənarlardan başlayaraq qaralır və ağacda yuxarıya doğru tədricən quruma baş verir (Şəkil 1.29).
Torpaqda kalsium ifrat dərəcədə olduqda kalium və maqneziumun bitki tərəfindən mənimsənilməsi prosesi pozulur.
Maqnezium. Maqnezium xlorofilin tərkibinə daxil olmaqla bitki tərəfindən karbon qazının assimilyasiyasında böyük əhəmiyyətə malikdir. Maqnezium çatışmazlığından yarpaqlar bədrəng alaraq tökülür, bitkinin vegetativ boyu zəifləyir (Şəkil 1.30). Maqneziumun çatışmazlığı əlamətləri ilk növbədə yaşlı yarpaqlarda müşahidə olunur.
Şəkil 1.29. Kalsium çatışmadıqda armud bitkisində yarpaqların vəziyyəti
Şəkil 1.30. Alma bitkisində maqnezium çatışmazlığı
Torpaqda maqneziumun çox olması kalsium və kaliumun bitki tərəfindən mənimsənilməsinə mane olur. Nəticədə bitkidə kalium çatışmadığından meyvələrdə acı dada malik ləkələr əmələ gəlir.