Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Meyvənin yığılması vaxtından asılı olaraq onun istehlak keyfiyyəti kəskin surətdə dəyişə bilir.
Sual 2. Yığım yetişkənliyinə çatmış meyvələrdə meyvə saplağı budaqcıqdan çətinliklə ayrılır.
Sual 3. Məhsul emal üçün istifadə ediləcəksə, yığım əl ilə aparılmalıdır.
Sual 4. Çeşidləmə, hər meyvə bitkisi üzrə sortların meyvələrinin keyfiyyət göstəricilərinə əsasən aparılır.
Sual 5. Temperatur rejimi saxlanma müddətinə əhəmiyyətli dərəcədə təsir göstərməklə sort xüsusiyyətindən asılı olaraq dəyişir.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Mexanizmlərlə yığım üçün müxtəlif kombaynlardan istifadə edilir.
Sual 7. Yığım yetişkənliyinə çatmış meyvələrdə əsasən böyümə və qida maddələrinin toplanması prosesləri tamamlanmaqla onlar sortaməxsus kütləyə və rəngə malik olur.
Sual 8. Açıq havada 20...25 °C temperaturda meyvələr tez yetişdiyindən onlar saxlanma dövrünü 10-15 gün qısalda bilir.
Sual 9. Müxtəlif alma sortları üçün optimal temperatur şərati -2...+4 °C , armud sortları üçün isə -1...+3 °C arasında tərəddüd edir.
Sual 10. Meyvələrin nəqliyyata və saxlanmaya davamlılığı onların qabqarılmasından birbaşa asılıdır.