Saxlanmadan sonra meyvələrin yetişməsi üçün orta sutkalır temperatur 15...20 0C olmalıdır. Bunun üçün isə yaylıq sortlar üçün 5...8, payızlıq sortlar üçün 8...12, qışlıq sortlar üçün isə 3...4 gün vaxt tələb olunur. Meyvələr yetişdikdən sonra 3...4 gün müddətində satış üçün realizə olunmalıdır.
Bəzi istilik sevən armud sortları (Bere Bosk, Küffer toxmacarı) yetişmədən saxlanıldıqda onlar ümumiyyətlə yetişmə xüsusiyyətlərini itirirlər. Ona görə də bu cür sortlar yığım yetkinliyi mərhələsində saxlanılır.
Heyva sortları isə 0...+1 0C temperatur şəraitində saxlanılır.
Əksər tumlu meyvə bitkilərində saxlanma zamanı nisbi nəmlik orta hesabla 90... 95% olmalıdır. Bəzi alma sortlarında isə bu göstərici 96...98% təşkil edir.
Armud və heyva sortları üçün nisbi nəmlik 85...95% olmalıdır. Tempertur göstərilən həddən yuxarı olduqda meyvələr çürüməyə başlayır.
Havalanma rejimi saxlanılma kamerasının temperatur və nəmlik rejiminin stabil saxlanılmasında mühüm rol oynayır. Daha intensiv havalandırma prosesi tumlu meyvələrin soyudulması zamanı tələb olunur.
Saxlanmanın əvvəlində olduğu kimi sonunda da havalandırma rejimi mühüm rol oynayır. Çünki saxlanmanın başlanğıcında meyvələrdə həyati proseslər yüksək olduğundan onlardan daha çox uçucu maddələr ifraz olunur. Saxlanmanın sonuna yaxın isə meyvələrn əksəriyyəti yetişdiyindən onlardan daha çox etilen ifraz olunur. Bu isə da saxlanma kamerasına hissə-hissə müxtəlif vaxtlarda yerləşdirilmiş digər meyvələrin də yetişməsi prosesini sürətləndirir. Ona görə də kamerada ventilyasiya sistemi ilə havalandırma aparılır.
Yetişmə prosesinin ləngidilməsi və saxlanma müddətinin uzadılması prosesində kameranın qaz tərkibi də mühüm rol oynayır. Kamerada havanın tərkibində oksigenin miqdarının azadılması və karbon qazının miqdarının artırılması temperaturu yeksəldir ki, bu da istiliksevər sortlar üçün daha əlverişlidir. Ümumiyyətlə müxtəlif alma sortları üçün tələb olunan qaz rejimi fərqlidir.
7.3. Məhsul satışının təşkili
Məhsul satışının təşkili istehsal prosesinin çox mühüm mərhələsidir. Tumlu meyvə məhsulu topdan və pərakəndə satış yolu ilə həyata keçirilə bilər.
Topdansatış zamanı sahibkarlıq fəaliyyəti məqsədi ilə tumlu meyvə məhsullarının satışı həyata keçirilir (Şəkil 7.11).
Pərakəndə satış zamanı isə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayıb məhsulun bazarda satışı birbaşa istehsalçı tərəfindən həyata keçirilir. Satış mərkəzi olaraq k/t məhsullarının satış bazaı, yaşıl bazar, fermer mağazası, k/t məhsullarının satış yarmarkası və k/t kooperativi bazarı və s. seçilə bilər.
Kənd təsərrüfatı məhsulları bazarı dedikdə ticarət yerlərinin 80 faizdən çoxu kənd təsərrüfatı məhsullarının satışına ayrılmış ixtisaslaşdırılmış bazar nəzərdə tutulur (Şəkil 7.12).
Yaşıl market yalnız bitkilərin, bitkiçilik məhsullarının və heyvan mənşəli məhsulların satışını həyata keçirən ticarət obyektini nəzərdə tutur (Şəkil 7.13).