Meyvələrin çeşidlənməsi və kalibrləşdirilməsi üçün müxtəlif mexanizmlərdən istifadə edilir (Şəkil 7.8).
Meyvələrin nəqliyyata və saxlanmaya davamlılığı onların qablaşdırılmasından birbaşa asılıdır. Düzgün aparılmayan qablama nəticəsində meyvələrin ciddi zədələnməsi baş verə bilir ki, bunun da nəticəsində onun saxlanması müddəti xeyli azalır.
Meyvələr bir qayda olaraq standart yeşiklərə qablaşdırılır. Qablaşdırıcı material kimi ağac sıyrı-mından, örtük üçün kağızdan və meyvələrin bükülməsi üçün salfet kağızdan istifadə edilir. Hər yeşik üçün təqribən 1 kq-a qədər ağac sıyrımı və 200-250 q kağız tələb olunur.
Meyvələr yeşiklərə düzbucaqlı, şahmat və dioqanal qaydası ilə qablaşdırılır (Şəkil 7.9).
7.2. Meyvələrin saxlanılması
Tumlu meyvələrin saxlanmasında mühüm rol oynayan əsas amillər optimal temperatur şəraiti, havanın nisbi nəmliyi, havalanma şəraiti və qaz mühitinin tərkibidir.
Müasir dövrdə saxlanma rejimi avtomatlaşdırılmış şəkildə həyata keçirilən saxlayıcı kameralardan istifadə olunur (Şəkil 7.10).