Meyvələri əl ilə və mexanizmlərlə yığırlar. Mexanizmlərlə yığım üçün müxtəlif kombaynlardan istifadə edilir (Şəkil 7.3).
Meyvənin yığım vaxtı. Meyvənin yığılması vaxtından asılı olaraq onun istehlak keyfiyyəti kəskin surətdə dəyişə bilir. Belə ki, vaxtından əvvəl yığılmış meyvələr, kifayət qədər örtücü rəngə malik olur, dad keyfiyyəti aşağı, kütləsi yüngül olur. Vaxtından gec yığım isə meyvənin tökülməsi nəticəsində məhsul itkisinə və onun əmtəəlik keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Ona görə də meyvələrin yığım vaxtının düzgün müəyyənləşdirilməsi vacib əhəmiyyətli tədbirdir.
Meyvə bitkilərində yığım vaxtı onun yetişkənliyi ilə müəyyənləşdirilir. Bu baxımdan meyvələrdə iki yetişkənlik xüsusiyyəti ayrılır -yığım(botaniki) və istehlak(yeyilmə) yetişkənliyi.
Yığım yetişkənliyinə çatmış meyvələrdə əsasən böyümə və qida maddələrinin toplanması prosesləri tamamlanmaqla onlar sorta məxsus kütləyə və rəngə malik olur. Meyvənin ləti barmaqla basıldıqda batır, ətirli olur.