Yığım avadanlığı və mexanizmlər. Meyvə yığımı üçün plastik yeşik, vedrə, müxtəlif ölçülü xəlbir və səbətlərdən istifadə edilir (Şəkil 7.1).
Çətirin yuxarı hissələrində olan meyvələri yığmaq üçün yüngül konstruksiyalı, dayaqlı və dayaqsız nərdivanlar, həmçinin müxtəlif markalı platformalar məsləhət görülür (Şəkil 7.2).