Mübarizə tədbirləri. Gənənin yumurtalarına qarşı erkən yazda havanın temperaturu +4...+20 0C arasında olduqda 1 %-li “DNOK” məhlulu ilə çiləmə aparılır. Yumurtalardan kütləvi şəkildə sürfələr çıxan dövrdə 0,2 %-li “Akreks”, 0,2 %-li “Antio” və yaxud da 1 %-li “Kolloid kükürd” suspenziyalarından biri ilə çiləmə aparılır. Çiçəkləmədən sonra “Akreks”, “Keltan” və yaxud “Kolloid kükürd” preparatlarından biri ilə təkrar çiləmə aparılır.
Armud fır gənəsi. Geniş yayılımış təhlükəli zərərvericilərdən sayılır. 1 mm ölçüsündə olub qurda bənzəyir. Baş hissəsinə yaxında yerləşən dörd ayağı var. Mikroskopik ölçüyə malik olmasına baxmayaraq bu zərərverici k/t bitkilərinə böyük ziyan vurur. Zərərvericinin yayılmasında külək mühüm rol oynayır. Armudla yanaşı alma, heyva, yemişan və üvəz yarpaqları da zərərvericinin sevimli qidasıdır. Zərərverici ilə yoluxmuş yarpaqlarda mərkəzi damarın hər iki tərəfində onun uzunluğu boyunca qabarcıq şəkilində fırlar müşahidə olunur (Şəkil 6.30). Həmin fırlar gənələrin yarpaq ayasını zədələməsi nəticəsində əmələ gəlir və onların yuvası hesab olunur. Dişi fərdlər öz yumurtalarını fırlarda yerləşdirir və sürfələr orada inkişaf edir. Gənələr havada istilik +9...+100C olduqda üzə çıxır. Əsasən yarpaqlarn şirəsi ilə qidalanır. Nəticədə yarpaqlarda toxumalar məhv olur, yarpaq ayası əvvəlcə qəhvəyi rəng alır, sonra isə qaralaraq tökülür. Bəzən meyvələrin də şirəsini sorur. Zərərverici ilə yoluxmuş ağacların məhsuldarlığı aşağı düşür.
Mübarizə tədbirləri. Gənə ilə mübarizə olduqca çətin və mürəkkəb prosesdir. İlk növbədə tökülmüş yarpaqlar sahədən çıxarılmalı və yandırılmalıdır. Güclü yoluxmuş budaqlar kəsilib atılmalıdır.
Gənələrə qarşı əsas mübarizə üsulu kimyəvi preparatların tətbiqidir. Zərəvericiyə qarşı “Kolloid kükürd” preparatının tətbiqi yaxşı nəticə verir. Ümumiyyətlə zərərvericiyə qarşı fosfor və kükürd tərkibli preparatların tətbiqi tövsiyə olunur. Kimyəvi mübarizə üç mərhələdə aparılır: erkən yazda zərərverici qışlamadan çıxdıqda, çiçəkləmədən və məhsul yığımından (soyuqlar düşməzdən əvvəl) sonra. Çiləmə zamanı bitkinin bütün hissələri əhatə olunmalıdır. Həmçinin tumurcuqlar açılmazdan əvvəl 0,2 %-li “Detsis” və “İnta-vir” (10 l suya 1 həb) preparatlarının qarışığından hazırlanmış məhlulla çiləmə aparılması da yüksək səmərə verir. Payızda çiləmə təkrarlanır.