Bağ sahəsində yarpaqbükən geniş yayıldıqda kimyəvi insektisidlərdən istifadə edilir. Əgər müahidələr zamanı 25 yarpaqdan 5-də tırtıllar aşkarlanarsa onda kimyəvi mübarizə aparılır.
Kimyəvi mübarizə üsulu. Yarpaqbükənə və bu qəbildən olan digər zərərvericilərə qarşı aşağıdakı preparatların tətbiqi tövsiyə olunur:
İyun ayında qıvrılmış yarpaqlarda və çiçəklərdə gizlənən tırtıllara qarşı “Alfatsin”, “Ayvenqo”, “Akkord”, “Altın”, “Karate-Zeon” və d. insektisidlərdən istifadə olunur. Bu insektisidlərin +23 0C-dən yüksək temperatur şəraitində tətbiqi tövsiyə olunmur.
Qeyd olunan preparatlarla çiləmə yazda - çiçəkləmədən əvvəl və sonra və yaxud payızda aparıla bilər.
Çiçəklərin mayalanması və meyvələrin yetişməsi müddətində zərərvericiyə qarşı ancaq biopreparatlardan istifadə olunur. Bu preparatlar insanlara və xeyirli həşəratlara qarşı tam təhlükəsiz olub gələcək məhsula da təsir etmir. Bunlar aşağıdakılardır:
Yadda saxlamaq lazımdır ki, eyni preparatdan davamlı şəkildə istifadə olunması zərərvericilərdə həmin preparata qarşı davamlılıq yaradır. Ona görə də insektisidlərdən növbəli şəkildə istifadə olunmalıdır.
Qırmızı alma gənəsi. 0,3 mm böyüklüyündə qırmızımtıl-narıncı rəngli gənədir. Tumlu meyvə bitkilərini, xüsusilə də almanı zədələyir. Yazda tumurcuqlar açılan ərəfədə qışlayan yumurtalardan sürfələr çıxır və yarpaqların şirəsi ilə qidalanmağa başlayır. Bu səbəbdən də onların rəngi solğunlaşır və vaxtından əvvəl tökülürlər. Nəticədə meyvələr inkişafdan qalır. Çiçəkləmədən sonra gənələr görünməyə başlayır (Şəkil 6.29). Yayın sonuna qədər bir neçə nəsil verir. Dişi fərdlər payızda yumurtalar qoyur. Zərərverici yumurta mərhələsində qışlayır.