May-iyunun əvvəli | Tırtıllar yarpaqların arasında puplaşır |
Zədələnmiş yaşıl yarpaqlar boru şəkilini alır, budaq ayrıclarında və meyvələrdə tordan ibarət sığınacaqlar olur | |
İyun-iyulun ortaları | Puplar yarpaqların arasında və ağacın qabığında yerləşir | Budaqlarda gümüşü və ağ rəngli tor və puplar müşahidə olunur | |
İyulun sonu-avqustun ortaları | - | Kəpənəklər uçmağa başlayır | |
Aqvqust-sentyabrın ortaları | Kəpənəklər yarpaqların hər iki tərəfinə kütləvi şəkildə yumurta qoyur | Yarpaqların səthində yarpaqbükən tərəfindən ifraz olunmuş örtüklə örtülmüş bir az tünd hissələr müşahidə olunur | |
Sentyabrın sonundan oktyabrın əvvəlinə qədər | Yumurtalardan tırtıllar çıxır və qışlama üçün hazırlaşır | Zədələnmiş və bükülmüş yarpaqlarda və meyvələrdə torlar olur |
|
Oktyabr-mart | Tırtıllar qışlayır | - | - |
Cədvəl 6.2. Alma yarpaqbükəninin illik inkişaf mərhələləri
Mübarizə tədbirləri. Bütün vegetasiya müddətində yarpaqbükənlə fəal mübarizə aparılmalıdır. Yarpaqbükənə qarşı mexaniki, xalq və kimyəvi mübarizə üsullarından istifadə olunur.
Mexaniki və xalq mübarizə üsulları. Yarpaqbükənə qarşı aşağıdak xalq mübarizə üsulları mövcuddur: