Pupdan çıxdıqdan 3 həftə sonra dişi fərdlər cütləşir. Bir dişi fərd 40-150 ədəd yumurta qoyur. Yumurtalar oval formalı və şəffaf rəngli olmaqla 1 mm ölçüsündədir. Embrion inkişaf prosesini iki həftəyə tamamladıqdan sonra tırtıllar əmələ gəlir. Onlar budaqlara yayılaraq yaşıl kütlə ilə qidalanmağa başlayır, meyvələri gəmirir. Tırtıllar bəzən çiçək tumurcuqları açılmamış çiçək yumurtalığını zədələyir. Payızın əvvəllərində tırtıllar artıq qışlamağa hazırlaşır. Onlar əsasən alma və armud bitkilərində, bəzən isə digər ağac-kol bitkilərində tumurcuqlara yaxın yerlər seçərək orada tor içərisində puplaşırlar (Şəkil 6.28). Yazda tırtıllar qışladıqlar yerlərdən çıxaraq yaşıl kütləyə hücum çəkir və onunla qidalanmağa başlayır. Vegetasiya dövründə kəpənəklərin uçuşu iyunun ortalarından avqusta qədər davam edir.
İlin fəsillərindən asılı olaraq yarpaqbükənin yayılma əlamətləri Cədvəl 6.2-də verilir.
Dövr | Məskunlaşma yeri | Yayılmasını göstərən əlamət | Şəkil |
Mart-aprel | Qışlamadan çıxan tırtıllar tumurcuq və cavan zoğlarda məskunlaşır | Zədələnmiş çiçək topalarında, qönçələrdə və yaşıl hissələrdə torlar müşahidə olunur |