Meyvə-giləmeyvə bitkilərinə böyük ziyan vurur. Alma yarpaqbükəni alma və armud bağlarına böyük ziyan vurur. Yarpaqbükənin tırtılları 12-20 mm uzunluğunda olub 16 ayağı var. Rəngi sarımtıl yaşıl, yaxud qəhvəyidir. Başı qonur və yaxud qara rəngdə olur. Əsas zərərvuran tırtıllardır. Onlar fəal şəkildə bitkinin yaşıl kütləsi ilə qidalanırlar. Onlar borucuq forması almış və torla əhatə olunmuş yarpaqların içərisinə girərək sonrakı inkişaf mərhələlərini orada tamamlayırlar (Şəkil 6.28).