Bioloji mübarizə. Alma və armud qurdlarına qarşı əsasən trixoqrammadan istifadə edilir. Trixoqramma laboratoriya şəraitində çoxaldılır. O, kiçik ölçülü həşərat olub zarqanadlılar dəstəsinə aiddir. Trixoqramma öz yumurtalarını zərərvericinin yumurtalarının daxilinə qoyur (Şəkil 6.20). Hər hektara 40 min ədəd fərd buraxılır.
Alma və armud qurdlarının yumurtadan yenicə çıxmış tırtıllarına qarşı “Dendrobatsillin” və “Boverin” biopreparatlarından istifadə olunması da səmərəlidir.
Kimyəvi mübarizə. Çiləmə üçün üzvi fosfor birləşmələrindən ibarət (“Karbofos”)və yaxud piretroid preparatlarla çiləmə aparılır. Çiləmə iki dəfə - tırtıllar əmələ gələn dövrdə və birinci çiləmədən bir həftə sonra aparılır. Çiləmənin vaxtında aparmaq üçün mütləq havanın temperaturunu izləmək lazımdır. Axşam saat 8-dən doqquza qədər temperatur +15...+16 °C olduqda kəpənəklər yumurta qoyur. Ondan 9 gün sonra isə tırtıllar əmələ gəlir. Həmin vaxt bağda ilk çiləmə aparılmalıdır.
Eyni zamanda “Detsis”, “İnta-vir”, “Karbofos” “Fufanon” və d. insektisidlərlə çiləmə aparıla bilər. İlk çiləmə çiçəkləmədən 3 həftə sonra aparılır. 2-ci və 3-cü çiləmələr isə 12-14 gün intervalla tətbiq olunur.