Alma və armud qurdu (kəpənək). Məhsuldar bağlarda geniş yayılmış zərərvericidir. Zərərverici alma və armud meyvələrini zədələyir. Qanadlarının ucları arasında məsafə 18-20 mm olmaqla tünd boz rəngli kəpənəkdir. Tırtıllar meyvələrin ləti və toxumu ilə qidalanır. Meyvələri 80-90 % zədələyir. Çiçəkləmədən 20-25 gün sonra kəpənəklərin kütləvi uçuşu baş verir. Kəpənəklər gündüzlər gizlənir, gecələr uçur. Gecələr havanın temperaturu +15...+16 0C olduqda kəpənəklər yarpaqların səthinə və yaxud meyvələrə yumurta qoyur. Bir dişi fərd bir yumurta qoyur. 9 gün sonra +20 0C temperaturda yumurtalardan tırtıllar çıxır (Şəkil 6.18). Tırtıllar gövdə qabığını dərinliyində, budaqların ayrıcında və yaxud torpaq komlarında puplaşır. 2-ci nəsil kəpənəklər iyulun əvvələrində uçmağa başlayır.
Armud qurdu (kəpənək) da alma qurduna bənzəyir. Lakin qabaq qanadlarının yuxarı hissəsində oval formalı ləkənin rəngi ilə fərqlənir. Alma qurdundan fərqli olaraq tırtıllar qırmızımtıl-qonur rəngli ifrazat qoymur. Tırtıllar meyvələri gəmirir, toxumum yeyir (Şəkil 6.19). Tam inkişaf dövründə bir meyvəni bir tırtıl tamamilə məhv edə bilir. Tırtıllar tökülmüş yarpaq qalıqlarının altında torpaqda baramanın içərisində qışlayır.
Mübarizə tədbirləri. Aqrotexniki mübarizə. Payızda ağacların ştamb hissəi yaşlı və zədəli qabıqlardan tamamilə təmizlənir. Çətirin dimaetrin torpaq sahəsi bellənir. Yayın ortalarında gövdələrə yapışqanlı kağız lentlər vurulur. Oraya yapımış kəpənək və tırtıllar məhv edilir. Vegetasiyanın sonun yapışqanlı lentlər sahədən çıxarılaraq yandırılır.