Ümumiyyətlə zərərvericiyə qarşı müxtəlif bioloji pestisidlər, pretroidlər (həşəratı qırmaq üçün poroşoklar), neonikotinoidlər və üzvi fosfor birləşmələrindən ibarət preparatlardan istifadə olunur.
Alma mişarlıcası. Bu zərəvericinin zədəsi alma qurdunun (kəpənək) vurduğu zədəni xartırladır. Zərərvericinin yalançı tırtılları meyvəni zədələyərək toxum yuvalarına daxil olur. Fərq ondadır ki, mişarlıcanın ifrazatı yaş olur və əsasəndə meyvənin səthində müşahidə olunur. Zərərvericinin sürfələri meyvələri erkən zədələdikdə aypara şəkilində zədələr əmələ gəlir (Şəkil 6.17). Meyvələrin əmtəəlik keyfiyyəti və məhsuldarlıq aşağı düşür.
Mübarizə tədbirləri. Alma çiçəkyeyənində olduğu kimi mexaniki, tələ, bioloji və kimyəvi mübarizə üsullarında istifadə olunur.