Biloji mübarizə üsulu. Alma çiçəkyeyənlərinə qarşı həşəratla qidalanan quşlardan istifadə edilir. Bu məqsədlə arıquşu, sitta, qızılquyruq, milçəktutan və d. quşlardan istifadə olunur (Şəkil 6.16).
Bioloji mübarizə məqsədilə müxtəlif parazitlərdən də istifadə oluna bilər. Bu məqsədlə istifadə olunan apanteles (Apanteles spurius (Wesm) paraziti yüksək səmərə vermişdir. Müəyyəm olunmuşdur ki, o, sürfələrin 90 %-ni yoluxaraq məhv etmişdir.
Kimyəvi mübarizə üsulu. Yazda, çiçək tumurcuqları açılana qədər “Detsis”, “Karbofos” və yaxud “Fufanon” preparatlarından biri ilə çiləmə aparılır. Həmçinin çiçəkləməyə qədər “Aktara 25 WG” və yaxud “Enjio 247 SC” preparatların biri ilə çiləmə aparılır.