Mübarizə tədbirləri. İlk növbədə məhsul vaxtında yığılmalıdır. Yığım və daşnma zamanı meyvələrin mexaniki zədələnməsinə yol vermək olmaz. Saxlanma zamanı temperatur 0...+1 0C olmalıdır.
Fillostiktoz və ya yarpaqların qonur ləkəliyi. Göbələk mənşəli xəstəlikdir. Xəstəliklə əsasən alma yarpaqları, bəzən isə armud və heyva bitkiləri də sirayətlənir. Xəstəliyin ilkin əlamətləri may ayının ortalarında müşahidə olunur. Xəstəliklə yoluxmuş hissələrdə nekrozlu, qonura rəngə çalan ləkələr əmələ gəlir. Alma bitkisində ləkələr girdə formalı, armud və heyva bitkilərində isə həlqə şəkilində, bəzən isə düzgün olmayan formada olur. Ləkələr adətən böyüyərək öz aralarında qovuşur (Şəkil 6.8).
Xəstəlik isti və yüksək rütubətli hava şəraitində güclü inkişaf edir. Xəstəlik əsasən külək, yağı və həşəratlar vasitəsilə yayılır. Xəstəlik səbəbindən yarpaqların 15-20 %-i vaxtından əvvəl tökülür. Bu isə bitkini zəiflədir, onun qışadavamlılığını aşağı salır, digər xəstəliklərə qarşı həssaslığını artırır.
Mübarizə tədbiləri. Xəstəliklə yoluxmuş yarpaqlar vaxtında bağdan kənarlaşdırılmalıdır. Xəstəliyə qarşı müxtlif fungisidlərlə aşağıda göstərilən müddətlərdə çiləmə aparılmalıdır: çiçəkləmədən sonra birinci çiləmə, 15-20 gün fasilə ilə ikinci və üçüncü çiləmə.