Eyni zamanda Bordo məhlulu ilə də çiləmə aparıla bilər. Həmçinin vegetasiya dövründə 7-8 dəfə mis tərkibli preparatlala çiləmə aparıla bilər.
Antarknoz (qleosporioz acı çürümə) xəstəliyi. Alma və armud meyvələri hələ bağda olarkən bu xəstəliklə yoluxa bilər. Meyvələr yığıma az bir müddət qaldıqda bu xəstəliklə yoluxur. Xəstəliyin əsas yayılma səbəbi havanın nisbi nəmliyinin və temperautun yüksək olmasıdır. Məhsulun realizəsi və saxlanması zamanı xəstəlik inkişaf edir. Göbələyin sporları adətən yağış suyu, bəzən isə zərərvericilər vasitəsilə yayılır. Xəstəliklə yoluxma zamanı meyvələrin səthində bir neçə ədəd bir-birinə yaxın yerləşən qəhvəyi rəngli ləkələr əmələ gəlir (Şəkil 6.7). Tədricən ləkə olan hissələr içəriyə doğru batır. Havada nisbi nəmlik artdıqca ləkələr böyüyərək birləşir və çürümə daha da dərinləşir. Xəstəliklə yoluxmuş meyvə ləti acı dada malik olur. Xəstəlik digər meyvələri də asanlıqla sirayətləndirir.