Xəstəliyin əmələgəlmə səbəbləri aşağıdakılardır:
Mübarizə tədbirləri. İlk növbədə bağda sorucu ağız aparatına malik zərərvericilərin yayılmasının qarşısı alınmalıdır. Xəstəliyə qarşı mis tərkibli fungisidlərlə çiləmələr aparılması tövsiyə olunur. Lakin əgər digər göbələk xəstəliklərinə qarşı mübarizə aparılıbsa bu xəstəliklə xüsusi mübarizə tədbirlərinə ehtiyac yoxdur.
Bakterial yanıq. Bu xəstəlik çox təhlükəlidir. 100-dən artıq bitki cinsini yoluxdura bilir. Xəstəliklə yoluxmuş bitkilərdə çiçəklər qəhvəyi rəng alaraq tökülür, budaqların uc hissəsi qaralır, yarpaqlarda və cavan zoğlar sulu qara rəngli ləkələrlə örtülür. Ağaclar tezliklə odda yanmış görkəm alır (Şəkil 6.6).
Mübarizə tədbirləri. Xəstəliklə mübarizə çox çətindir. Xəstəliyin ilkin əlamətləri müşahidə olunduqda yoluxmuş hissələr kəsilərək bağdan kənarlaşdırılmalı, kəsim yerləri və kəsimdə istifadə olunan alətlər 0,7 %-li dəmir və yaxud 1 %-li mis kuporosu ilə işlənməlidir.
Bitkilərə aşağıdakı antibiotiklərlə çiləmə aparılması yüksək nəticə verir: