VI fəsil Bitki mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət. Bitki mühafizəsinə dair mübahisələrin həlli
Maddə 15. Vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti
Vəzifəli şəxslər və vətəndaşlar: bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı nəzərdə tutulmuş kompleks tədbirləri pozmaqla və ay aparmamaqla ziyanverici obyektlərin kütləvi yayılmasına və inkişafına, bununla da əkinlərə ziyan vurulmasına və ya onların məhv edilməsinə şərait yaratdıqda;
bitki mühafizə vəsaitlərinin istifadə edilməsi texnologiyasına və reqlamentinə riayət etməməsi nəticəsində başqa torpaq mülkiyyətçilərinə, torpaq istifadəçilərinə və vətəndaşlara ziyan vurduqda, kənd təsərrüfatı məhsullarını
və ətraf mühiti pestisidlərlə və digər vasitələrlə çirkləndirdikdə; tərkibində pestisidlərin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olan məhsulları satdıqda və bitki mühafizəsi haqqında qanunvericiliyin pozulmasının digər hallarında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada intizam, maddi, inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər.
Maddə 16. Bitki mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə vurulan ziyanın ödənilməsi
Təqsirli olan şəxslərə qoyulan cərimələr və bu Qanunun 15-ci maddəsində göstərilmiş digər başqa cəzalar vurulmuş ziyanın tam həcmində ödənilməsindən azad etmir. Vurulmuş ziyanın həcmi və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
Maddə 17. Mübahisələrin həlli
Bitki mühafizəsinə dair mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmələr tərəfindən həll olunur.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV Bakı şəhəri, 3 dekabr 1996-cı il № 210-IQ
6.2. Tumlu meyvə bitkilərinin xəstəlikləri
Dəmgil. Dəmgil хəstəliyi ən geniş yayılmış göbələk хəstəliyidir. Dəmgil xəstəliyinə alma və armudun çiçəkləri, yarpaqları, zoğları və meyvələri tutulur (Şəkil 6.1). Yarpaqlarda və meyvələrdə ləkələr əmələ gəlir. Dəmgil ləkələri alma bitkisində yarpaq ayasının üst hissəsində, armud bitkisində isə ayanın alt hissəsində əmələ gəlir. Əsasən rütubətli hava şəraitində güclü yayılır.