qadağan olunması bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağı və qeydiyyatı üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sanitariya-epidemioloji, ekologiya və təbiəti mühafizə, baytarlıq nəzarəti üzrə dövlət xidmətləri ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Bu və başqa ölkələrdə dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə istifadəsi qadağan olunmuş preparatların istehsalı, satışı, xaricdən gətirilməsi və tətbiqi qadağan olunur. V fəsil Bitki mühafizəsi sahəsİndə müəssisələrin, idarələrin, təşkilatların, torpaq istifadəçilərinin və vətəndaşların vəzifələri
Maddə 13. Məhsulun istehsalı və satışı ilə əlaqədar vəzifələr
Mülkiyyət formasından asılı olmayaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi və kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan müəssisələr, idarələr, təşkilatlar, torpaq mülkiyyətçiləri, torpaq istifadəçiləri və Azərbaycan Respublikasının digər vətəndaşları: bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi inkişafının, onların yayılmasının, məhsul itkisinin qarşısının alınması məqsədi ilə müntəzəm olaraq kompleks mübarizə tədbirlərini həyata keçirməyə; bitki mühafizə vasitələrinin saxlanmasında, daşınmasında və istifadə edilməsində
müəyyən olunmuş reqlamentlərə və qaydalara riayət etməyə, ətraf mühitin və bitkiçilik məhsullarının pestisidlərlə çirklənməsinə, onların insan və heyvanlara zərərli təsirinə yol verməməyə; əkin sahələrinin, çoxillik əkmələrin, meşələrin, otlaqların və biçənəklərin fitosanitar vəziyyəti, bitkiçilik məhsullarının qorunması üçün həyata keçirilən tədbirlər, bitki mühafizə vasitələrinin istehsalı və istifadəsi haqqında dövlət bitki mühafizə xidmətinə məlumat verməyə borcludurlar.
Maddə 14. Zəhərli maddələrin qalıq miqdarına dövlət nəzarəti
Kənd təsərrüfatı məhsullarında, yemdə, ərzaq məhsullarında, torpaqda və ətraf mühit obyektlərində pestisidlərin, nitratların və insan və heyvanların həyatı üçün təhlükəli olan digər zəhərli maddələrin və birləşmələrin qalıq miqdarına dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Kənd təsərrüfatı məhsullarının emalına və satışına məhsulun tərkibində pestisidlərin, nitratların və insan və heyvanların həyatı üçün təhlükəli olan digər zəhərli maddələrin və birləşmələrin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olmamasını təsdiq edən sertifikat olduqda icazə verilir. Həmin sertifikatların tətbiqi mərhələləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İstehsalçıya sertifikat müvafiq dövlət orqanı tərəfindən toksikoloji qiymətləndirmə əsasında verilir. Məhsulun tərkibində pestisidlərin, nitratların və insan və heyvanların həyatı üçün təhlükəli olan digər zəhərli maddələrin və birləşmələrin qalıq miqdarı yol verilən normativ səviyyədən artıq olarsa, onun satışına icazə verilmir. Bu halda məhsulun istifadə edilməsi haqqında qərar sanitariya-epidemioloji və baytarlıq üzrə dövlət xidmətləri tərəfindən verilir. İstifadəsi mümkün olmayan kənd təsərrüfatı və ərzaq məhsulları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada geri alınır, utilləşdirilir və ya məhv edilir. İdxal edilən kənd təsərrüfatı və ərzaq məhsullarının keyfiyyəti təhlükəsizlik baxımından Azərbaycan Respublikası standartlarının tələblərinə uyğun gəlməli, müvafiq sertifikatlarla müşayiət edilməlidir.