müəssisələrdən, idarələrdən, təşkilatlardan və digər torpaq mülkiyyətçilərindən və torpaq istifadəçilərindən əkin sahələri və çoxillik əkmələrin, meşələrin, otlaqların və biçənəklərin, toxum və əkin materiallarının fitosanitar vəziyyəti, habelə ziyanverici, xəstəlik və alaq otlarına qarşı aparılmış və aparılacaq mübarizə tədbirləri haqqında lazımi məlumatların verilməsini tələb etmək; bitkilərin ziyanverici, xəstəlik və alaq otlarına qarşı təlimat və tövsiyələrin, texnologiya və reqlamentlərin pozulması ilə aparılan tədbirləri həmin nöqsanlar aradan qaldırılana qədər dayandırmaq; müəssisələrə, idarələrə, təşkilatlara və digər torpaq mülkiyyətçilərinə və torpaq istifadəçilərinə sanitariya-gigiyena tələblərinə və təhlükəsizlik texnikasına uyğun olmayan anbar və digər istehsalat binalarında kimyəvi və bioloji preparatların, dərmanlanmış toxum və əkin materiallarının saxlanılması üçün istifadə edilməsini qadağan etmək; pestisidlərin və kənd təsərrüfatında istifadə olunan digər zəhərli kimyəvi maddələrin qalıq miqdarını müəyyən etmək üçün bitkiçilik məhsullarından və torpaqdan nümunələr götürmək; kənd təsərrüfatı məhsullarının istehsalı, saxlanılması və satışı ilə məşğul olan torpaq mülkiyyətçilərinə, torpaq istifadəçilərinə və vətəndaşlara bitki mühafizə məsələlərinə, pestisidlərin, bioloji və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentlərinə dair tövsiyələr vermək; müvafiq standartlara və texniki şərtlərə uyğun gəlməyən bitki mühafizə vasitələrini satan idarə və təşkilatlara müəyyən edilmiş qaydalarda reklamasiyalar təqdim etmək; bitki mühafizəsi haqqında təlimat və tövsiyələrin, pestisidlərin, bioloji və digər bitki mühafizə vasitələrinin saxlanması, daşınması və istifadəsi texnologiyasının və reqlamentlərinin pozulması barədə akt və təqdimatları təqsirli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün prokurorluq orqanlarına, müvafiq nazirliklərə və başqa mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərmək. IV fəsil Bitki mühafizəsi vasitələri və onların tətbiqi
Maddə 11. Bitki mühafizə vasitələri
Əkin sahələrini, çoxillik əkmələri, meşələri, otlaqları və biçənəkləri ziyanverici, xəstəlik və alaq otlarından qorumaq üçün mütləq dövlət sınağından keçmiş və Azərbaycan Respublikasında kənd təsərrüfatında və meşə təsərrüfatında istifadə üçün tövsiyə edilmiş kimyəvi, bioloji və digər bitki mühafizə vasitələri, xüsusi maşın və aparatlar tətbiq edilir.
Maddə 12. Bitki mühafizə vasitələrinin sınağı və qeydiyyatı
Bitki mühafizə vasitələrinin dövlət sınağı pestisidlərin və aqrokimyəvi maddələrin dövlət sınağı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Bitki mühafizə vasitələrinin dövlət sınağını həyata keçirən qurumlar bitki mühafizə vasitələrinin tətbiqi, onların qalıq miqdarının kənd təsərrüfatı məhsullarında və ətraf mühit obyektlərində yol verilən həddi barədə normativləri işləyib hazırlayırlar. Dövlət sınağından keçmiş bitki mühafizə vasitələri müəyyən edilmiş qaydada qeydiyyata alındıqdan sonra kənd təsərrüfatında və meşə təsərrüfatında istifadəsinə icazə verilən preparatlar siyahısına daxil edilir. Dövlət sınağından keçmiş pestisidlərin, bioloji və digər bitki mühafizə vasitələrinin qeydə alınması, habelə onların tətbiqinin məhdudlaşdırılması və