Maddə 8. Dövlət fitosanitar nəzarəti
Dövlət fitosanitar nəzarəti - dövlət bitki mühafizə xidmətinin bitkilərin ziyanverici və xəstəliklərinin, habelə alaq otlarının aşkar edilməsi, onların kütləvi yayılmasının qarşısının alınması, bitkilərin və onların məhsullarının qorunması üçün tədbirlərin görülməsi, bitki mühafizəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi və onların aradan qaldırılmasına yönəldilmiş fəaliyyətidir. Dövlət fitosanitar nəzarətinə daxildir: ziyanverici obyektlərin kütləvi şəkildə meydana gəlməsi və yayılması şəraitini və səbəblərini, onlarla mübarizənin mümkün ola biləcək neqativ nəticələrini müəyyən etmək; kənd təsərrüfatı bitkilərinin becərilməsində bitki mühafizəsi sahəsində zəruri olan normativ sənədləri və tövsiyələri hazırlamaq; bitkiçilikdə kimyəvi, bioloji və başqa preparatların tətbiq qaydalarını müəyyən etmək; torpaq mülkiyyətçiləri və torpaq istifadəçiləri tərəfindən kimyəvi, aqrotexniki, bioloji, təşkilati və digər təsərrüfat tədbirlərinin aparılmasına, bitki mühafizə vasitələrinin istifadəsi reqlamentinə riayət olunmasına nəzarəti həyata keçirmək; bitki mühafizəsi haqqında qanunvericiliyin pozulmasının qarşısını almaq və onu pozanları məsuliyyətə cəlb etmək üçün müvafiq tədbirlər görmək.
Maddə 9. Dövlət fitosanitar nəzarətinin həyata keçirilməsi
Dövlət fitosanitar nəzarətinin həyata keçirilməsi dövlət bitki mühafizəsi xidmətinin vəzifəli şəxslərinə və mütəxəssislərinə həvalə edilir. Dövlət fitosanitar nəzarətini həyata keçirən şəxslər öz fəaliyyətlərində bu Qanunu və Azərbaycan Respublikasının ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlarını əsas götürürlər. Nazirliklər, başqa mərkəzi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində dövlət fitosanitar nəzarətini həyata keçirən şəxslərə öz vəzifə borclarını yerinə yetirməkdə köməklik göstərməyə borcludurlar.
23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 241) ilə 1-ci maddənin üçüncü hissəsindən "kəndli (fermer) təsərrüfatları və" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: bitki mühafizəsi haqqında qanunvericiliyə dövlət orqanları, bələdiyyələr və ictimai təşkilatlar, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələr, icarələr, təşkilatlar, kəndli (fermer) təsərrüfatları və digər təsərrüfat subyektləri, torpaqdan istifadə edən vətəndaşlar, habelə vəzifəli şəxslər tərəfindən riayət edilməsi.
Maddə 10. Dövlət fitosanitar nəzarətini həyata keçirən şəxslərin hüquqları
Dövlət fitosanitar nəzarətini həyata keçirən şəxslərin aşağıdakı hüquqları vardır: mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların və təsərrüfatların torpaqlarında, kənd təsərrüfatı məhsulları, toxum və əkin materialları, pestisidlər, bioloji və digər bitki mühafizə vasitələri saxlanılan anbarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində onların fitosanitar vəziyyətini, ziyanverici, xəstəlik və alaq otlarına qarşı aparılan mübarizə tədbirlərini, mühafizə işləri texnologiyasına və bitki mühafizə vasitələrinin saxlanılması və istifadə edilməsi üzrə müəyyən olunmuş reqlamentə riayət edilməsini yoxlamaq; mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq