Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Son illər dünyada baş verən iqlim dəyişkənlikləri, katakilizmlər, ekoloji tarazlığın pozulması və bəzən nəzarətdən çıxması, daha çoxlu sayda abiotik və biotik stress amilləri göstərilən prosesləri daha da sürətləndirir. Eyni zamanda minlərlə mikroorqanizmlər öz qidalanmalarını təmin etmək üçün kənd təsərrüfatı sahələrinə daim hücumlar etməkdədir. Göbələklər, bakteriyalar, viruslar, viroidlər, aktinomisetlər, fitoplazmalar, rikketsilər, ali çiçəkli parazitlər və s. xəstəliklərin baş verməsində birbaşa iştirak edirlər. Ədəbiyyat mənbələrinin məlumatlarına əsasən baş verən xəstəliklərin 70-80%-i məhz göbələklərin payına düşür.
Bir çox xəstəliklərin əmələ gəlməsində və yayılmasında zərərvericilər də mühüm rol oynayır. Zərərvericilərin özləri də tumlu meyvə bitkilərinə böyük ziyan vurur.
Bitkilərin başlıca xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərinin tətbiqi kompleks yanaşma tələb edir. Torpağın, suvarma suyunun, iqlim amillərinin, sortun xüsusiyyətlərinin nəzərə alınması şərti ilə mübarizə tədbirləri uyğunlaşdrılmalıdır. Aqrotexniki, bioloji, fiziki-mexaniki və fitosanitar tədbirlərin optimal tədbiqinə əməl olunmalıdır. Pestesidlərdən, aqrokimyəvi və hormonal maddələrdən aşırı istifadə edilməsi məhsulun çirklənməsi və eləcədə ekoloji durumun təhlükəli vəziyyətə düşməsi ilə nəticələnir. Bu nöqteyi-nəzərdən tumlu meyvə bitkilərinin əsas xəstəliklərinin və zərərvericilərinin öyrənilməsi, onlara qarşı inteqrir mübarizə tədbirləri sisteminin tətbiqi həlli vacib məsələlərdəndir.
Öyrənmə elementinin təhlilindən də göründüyü kimi tumlu meyvə bitkilərinin əsas xəstəlik və zərərvericiləri, onlarla mübarizə tədbirləri ilə bağlı burada verilən biliklər böyük nəzəri və praktiki əhəmiyyətə malikdir.
Beləliklə bu elementin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz: