Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Nisbətən dar bucaq (25-30°) altında budaqların ayrılması gövdə ilə möhkəm anatomik vəhdətə zəmanət verir.
Sual 2. Budağın gövdədən qopması zamanı toxumaların qırılması və sıyrılması həmin yerdən aşağıda baş verir.
Sual 3. Budaqların gövdədən ayrılma bucağı 50-55°-dən az olmalıdır.
Sual 4. Budağın ucunda yerləşən zoğlar, aşağıda yerləşən zoğlardan vaxt etibarilə gec əmələ gəlmələrinə baxmayaraq, onlardan bir sıra üstünlüklərilə - qida, işıq, istilik, hava və su ilə təmin olunmaları ilə fərqlənir.
Sual 5. Meyvə bitkilərinin məhsula düşmə vaxtı, digər amillərlə yanaşı çətirə verilən formadan və onun budama qaydasından da asılıdır.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Karlik və yarımkarlik klon calaqaltılar üzərində salınmış tumlu meyvə bağlarında .................... gübrələmənin böyük əhəmiyyəti var.
Sual 7. Armud ağaclarının yazda aparılan üç yemləməsi ..................... olur.
Sual 8. Ümumiyyətlə .................... tumlu meyvə bağlarında herbisidlərin tətbiqi tövsiyə olunmur.
Sual 9. Yüngül qranulometrik tərkibə malik qumsal və gillicəli torpaqlarda .................. asanlıqla yuyulur.
Sual 10. Heyva bitkisi mövsüm ərzində .................... suvarma tələb edir.